QMİ: Azərbaycanda bütün məscidlərdə bayram namazı bu gün qılınacaq

QMİ: Azərbaycanda bütün məscidlərdə bayram namazı bu gün qılınacaq
# 02 may 2022 10:55 (UTC +04:00)

“Azərbaycanın bütün məscidlərində bayram namazı bu gün qılınacaq”.

Bu sözləri APA-ya açıqlamasında QMİ sədr müavini Fuad Nurullayev deyib.

"Şamaxı rəsədxanası ilə danışmışıq, ay üfüqdə görünüb və Azərbaycanın bütün məscidlərində bayram namazı bu gün qılınacaq”, - Fuad Nurullayev bildirib.

Onun sözlərinə görə, bayram namazlarının qılınmasında sadəcə saat fərqi olacaq: “Buna da QMİ səviyyəsində icazə verilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR