QMİ sədri: Azərbaycanda heç bir məzhəb ayrı-seçkiliyi yoxdur

Allahşükür Paşazadə

© APA | Allahşükür Paşazadə

# 08 avqust 2022 12:01 (UTC +04:00)

“Azərbaycanın hər yerində məscidlərdə Aşura ilə əlaqədar tədbirlər keçirilir. Buna dövlət tərəfindən heç bir maneə yoxdur. Bu günə qədər olmayıb və bundan sonra da olmayacaq”.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə deyib.

Onun sözlərinə görə, bəzi qüvvələr bəzi məsələlərdə ölkə daxilində münaqişələr yaratmağa cəhd edirdilər: “Gördüyünüz kimi, qanvermə aksiyasında digər konfessiyaların da rəhbərləri iştirak etdi. Bu, bir daha onu göstərir ki, Azərbaycanda bütün dindarlar arasında heç bir məzhəb ayrı-seçkiliyi yoxdur. Biz də onların bayram və xüsusi günlərində iştirak edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR