QMİ sədri müsəlmanların Ramazan bayramını təbrik edib

QMİ sədri müsəlmanların Ramazan bayramını təbrik edib
# 21 aprel 2023 09:46 (UTC +04:00)

Bütün dünya müsəlmanlarının Ramazan bayramını təbrik edirəm.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə deyib.

O bildirib ki, Ramazan ayı mübarək ayıdır: "Bu ayda bir-birinə kömək etmək, şəhidləri yad eləmək lazımdır. Allah onlara rəhmət eləsin.
Bu yaxınlarda şəhid verdik. Türkiyədə baş verən zəlzələdə 50 mindən çox adam öldü, bu, imtahandır. Türk birliyi rəhbərləri birlikdə çətinlikləri aradan götürəcək. Allah dövlətimizi, dövlətçiliyimizi, dövlət rəhbərimizi qorusun. Sərhəddə olan hərbiçilərə can sağlığı arzu edirəm. Allah bizi xoşbəxt eləsin".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR