QMİ sədri Strasburqa səfər edəcək

Allahşükür Paşazadə

© APA | Allahşükür Paşazadə

# 29 aprel 2022 14:03 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə mayın 1-də Fransanın Strasburq şəhərinə səfərə yola düşür. Səfərdə məqsəd Avropa Şurasının 2 may tarixində «Din və sülh, din və insan hüquqları üzrə dinlərarası dialoq» mövzusunda keçirəcəyi beynəlxalq konfransda iştirak etməkdir.

QMİ-nin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, dinlərarası dialoqun təşviqi yönündə Avropa Şurasının bu konfransı Avropa cəmiyyətlərində ənənəvi dinlərin liderləri arasında dialoqu inkişaf etdirərək onun fundamental prinsiplərini qəbul etmək məramı daşıyır.

Qeyd edək ki, bu təşəbbüs G20 çərçivəsində Dinlərarası Forumun və Dinlərarası dialoq üzrə Strasburq prinsiplərinə ehtiram ruhunda gündəmə gəlib. Müxtəlif dinlərin tanınmış xadimlərinin qatıldığı konfransda məruzə ilə çıxış edəcək QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə İslam dünyasının yeganə təmsilçisi qismində tədbirə dəvət alıb. Çıxışında Şeyxülislam müasir dövrümüzdə insanlar arasında təcavüzə, zorakılığa və ayrı-seçkiliyə təhrik edən nifrət çağırışlarının ictimai təhlükəsi barədə fikirlərini bölüşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR