Rafik Danakari: "Pasxanı azad olunan torpaqlarda qeyd etmək sevindirici haldır"

Rafik Danakari

© APA | Rafik Danakari

# 27 aprel 2022 13:35 (UTC +04:00)

"Pasxa bayramını bir neçə gün əvvəl qəsəbəmizdə qeyd etmişdik. İndi isə azad olunan torpaqlarımızda bayram keçiririk. Sevindirici haldır ki, artıq işğaldan azad olunan Xocavənddə, Hadrutda bu bayramı qeyd edək bilirik".

APA-nın Qarabağ bürosunun xəbərinə görə, bunu Xocavəndə səfəri zamanı Azərbaycan Alban-udi xristian dini icmasının sədr müavini Rafik Danakari deyib. O, Xocavənd rayonunun Hadrut qəsəbəsindəki monastrı, kilsələri ziyarət etdiklərini şamlar yandırdıqlarını, dualar etdiklərini bildirib: “44 günlük müharibədə həlak olan şəhidlərimizin ruhuna dualar oxuduq. Azərbaycan torpağında bir daha müharibə olmasını istəmirik, biz sülhsevər, qonaqpərvər xalqıq. Torpaqlarımızın azad olunmasına görə, şəhidlərimizə, əsgərlərimizə minnətdarıq”.

Rafik Danakari Kəlbəcərdə də Pasxa bayramını qeyd edəcəklərini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR