Roma Papası Azərbaycan və Ermənistan arasında sülh üçün dua etməyə çağırıb

Papa Fransisk

© APA | Papa Fransisk

# 14 sentyabr 2022 17:24 (UTC +04:00)

Roma Papası Fransisk Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dini ayin zamanı Azərbaycan və Ermənistan arasında sülh üçün dua etməyə çağırıb.

APA xəbər verir ki, bu barədə "Sputnik Kazakstan" məlumat yayıb.

“Mən bu saatlarda Qafqaz regionunda yeni gərginlik ocaqlarının alovlandığını təşviş içində öyrəndim”, - Papa deyib.

Papa Fransisk Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması üçün insanları dua etməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR