Şeyxülislam: Paşinyan Ermənistanın Azərbaycan ərazilərində dini məkanları dağıtmasını Sovetin ayağına yazmaq istəyir

Şeyxülislam: Paşinyan Ermənistanın Azərbaycan ərazilərində dini məkanları dağıtmasını Sovetin ayağına yazmaq istəyir
# 16 mart 2023 15:09 (UTC +04:00)

Paşinyan Ermənistanın işğal dövründə Azərbaycan ərazilərində dini məkanları dağıtmasını Sovetin ayağına yazmaq istəyir.

APA xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan beynəlxalq konfransda "Dini müxtəlifliyi və dinlərarası hörməti təşviq etməklə harmonik cəmiyyətlərin qurulması" mövzusunda keçirilən plenar iclasda çıxışı zamanı deyib.

“Mən Qafqaz şeyxi olaraq, Paşinyana bildirmək istəyirəm ki, Sovet dövründə həmin məkanlar fərqli təyinatlarda istifadə edilsə də, barbar təcavüzünü təzahür etmirdi. Amma ermənilər bizim tarixi abidə və məscidlərimizi fermaya çeviriblər”, - şeyxülislam vurğulayıb.

Allahşükür Paşazadə qeyd edib ki, Ermənistanın Laçın-Xankəndi yolundakı dinc aksiyaya başqa cür don geyindirməsi həqiqətləri inkar etməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR