TDT dini idarə rəhbərlərinin görüşü keçirilib

TDT dini idarə rəhbərlərinin görüşü keçirilib
# 06 may 2022 17:41 (UTC +04:00)

Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini idarə rəhbərlərinin görüşü keçirilib.

APA xəbər verir ki, bu barədə təşkilatın “Twitter” səhifəsində bildirilib.

Türküstan şəhərində “Türk xalqlarının İslam sivilizasiyasına töhfələri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans da baş tutub.

Tədbirdə TDT-nın Baş katibi Bağdad Amreyev, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə və digər dini idarə rəhbərləri iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR