Ümumdünya Fətva Orqanları üzrə Baş Katibliyi: Azərbaycanın genetikasında vandallıq elementləri yoxdur

Ümumdünya Fətva Orqanları üzrə Baş Katibliyi: Azərbaycanın genetikasında vandallıq elementləri yoxdur
# 16 mart 2023 11:20 (UTC +04:00)

Ermənilərin 30 illik işğal zamanı Azərbaycanın tarixi abidələrinə, dini abidələrə qarşı etdiyi vəhşiliyə və təhqirlərə rəğmən, bu gün Bakının mərkəzində erməni kilsəsi salamatdır.

APA xəbər verir ki, bunu Ümumdünya Fətva Orqanları üzrə Baş Katibliyin müşaviri Seymur Kərimov İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransda Müstəmləkəçilik, yeni imperializm və islamofobiyanın kəsişməsi: tarixi və müasir perspektivlər” adlı plenar iclasda çıxışında deyib.

"Erməni tərəfinin işğal dönəmində, ondan əvvəl və ondan sonra törətdiklərinə rəğmən, Prezindent İlham Əliyevim göstərişi ilə erməni əsirləri öz ölkələrinə təhvil verildi. Ümumiyyətlə, Azərbaycanın genetikasında vandallıq elementləri yoxdur", - o əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR