BƏƏ Prezidentinin müşaviri: “Dünya dini liderlərinin Bakı Sammiti Azərbaycanda keçirilən ən mühüm tədbirlərdəndir”

BƏƏ Prezidentinin müşaviri: “Dünya dini liderlərinin Bakı Sammiti Azərbaycanda keçirilən ən mühüm tədbirlərdəndir”
# 23 noyabr 2019 15:54 (UTC +04:00)

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Prezidentinin Məhkəmə və Dini məsələlər üzrə müşaviri, Əl-Əzhər Əl-Şərif İslam Araşdırmaları Mərkəzinin üzvü Əl-Seyyid Əli bin Əl-Seyyid Əbdurrəhman Al Haşim Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

APA-nın xəbərinə görə, məktubda deyilir:

“Əs-səlamu-əleykum və rəhmətullahi və bərəkətuhu.

Möhtərəm Prezident.

Mən və məni müşayiət edən nümayəndə heyəti Dünya dini liderlərinin II Bakı Sammitində iştirak etməyimizdən məmnunuq. İcazə verin, bu gözəl Sammitə hamilik etdiyinizə, açılış mərasimində iştirak və çıxış etdiyinizə görə Zati-alinizə təşəkkürümü, rəğbətimi və ehtiramımı ifadə edim.

Bu Sammit Azərbaycanda keçirilən ən mühüm tədbirlər sırasındadır. Din xadimlərinə göstərdiyiniz qayğı və diqqətə, Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinə bəxş etdiyiniz yüksək sevincə görə təşəkkür və minnətdarlığa layiqsiniz.

Yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR