Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Prezident İlham Əliyevə məktub ünvanlayıb

Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Prezident İlham Əliyevə məktub ünvanlayıb
  • Clock-gray 16:49
  • calendar-gray 11 Noyabr 2020

Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein Prezident İlham Əliyevə məktub ünvanlayıb.

APA-nın məlumatına görə, məktubda deyilir:

“Ali həzrətləri, çox hörmətli cənab Prezident.

İcazə verin, Sizi işğal olunmuş torpaqların azad edilməsində Azərbaycan Ordusunun qazandığı zəfərlər və Qarabağın ürəyi qədim Şuşa şəhərinin işğaldan qurtarılması münasibətilə təbrik edim.

Burada yaşadığım uzun illər ərzində Azərbaycan mənim ikinci Vətənim olub. Mən həmişə öz qüvvəm və imkanlarım daxilində çalışmışam ki, dünya ictimaiyyəti Azərbaycanı əsas prioritetlərin qarşılıqlı anlaşma və qarşılıqlı hörmət olduğu, “multikulturalizmin Azərbaycan modeli”nin isə ölkənin daxili və xarici siyasətinin başlıca istiqamətlərindən biri səviyyəsinə qaldırıldığı dövlət kimi tanısın.

Məruz qaldığım çətin həyat sınağının öhdəsindən gəlməyimdə göstərdiyiniz qayğı və dəstəyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Möhtərəm cənab Prezident, Uca Tanrının öz lütfünü Sizin, yaxınlarınızın və bütün Azərbaycanın üzərindən əskik etməməsini diləyirəm.

Qarabağ Azərbaycandır!”

 

apa-logo-mini

Digər xəbərlər