Baş ravvin: "İnsanların yatdığı yerdə öldürülməsi barbarlıqdır, dünya bunu eşitməlidir"

Baş ravvin: "İnsanların yatdığı yerdə öldürülməsi barbarlıqdır, dünya bunu eşitməlidir"
# 18 oktyabr 2020 13:51 (UTC +04:00)

“Gəncədə yerli Yəhudi Dini İcmasının üzvləri ilə görüşümdən çox razı qaldım. Burada 800-dən artıq icma üzvü yaşayır. Bu kiçik dini icmanın necə böyüdüyünü, yerli əhali ilə mehriban yaşadığını görmək çox xoşdur. Yəhudi dini icması tək Gəncədə deyil, bütün Azərbaycanda yerli sakinlərlə birlikdə sülh şəraitində yaşayır, onlara qarşı heç bir diskriminasiya yoxdur. Çox təəssüf ki, mənim gəlişim Gəncədə dəhşətli faciənin baş verdiyi vaxta təsadüf etdi”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Azərbaycandakı aşkenazilərin baş ravvini Şneor Segal bildirib.

Onun sözlərinə görə, dəhşətli raket hücumu nəticəsində evlər dağılıb, insanlar ölüb: “Mülki şəxslərin öldürülməsi çox dəhşətlidir. İnsanların yatdığı yerdə öldürülməsi barbarlıqdır, dünya bunu eşitməlidir. Bunu dayandırmaq lazımdır, mülki əhalinin heç bir günahı yoxdur. Biz yaralıların tez sağalması, ordumuzun qələbəsi və ölənlərin ruhu üçün dualar etdik. Bütün əsgərlərimiz sağ-salamat qayıtsınlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR