Beynəlxalq konfrans iştirakçıları Yekun Bəyanat qəbul edib

Beynəlxalq konfrans iştirakçıları Yekun Bəyanat qəbul edib
# 10 noyabr 2020 15:55 (UTC +04:00)

"Müasir dünyanın problemləri: nifrətə çağırış, terror, ekstremizm, İslamafobiya və Ermənistanın Azərbaycana qarşı təcavüzü" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ünvanına təbrik müraciəti və Yekun Sənəd - Bəyanat qəbul ediblər.

APA-nın məlumatına görə, bəyanatda konfrans iştirakçıları dövlətləri, Birləşmiş Millətlər Təşkilatını, İslam Əməkdaşlıq Təşkilatı və ona üzv ölkələri, digər beynəlxalq, regional, ictimai qurumlar və dini liderlərinə müraciət edərək Ermənistana Azərbaycana qarşı işğalçılıq siyasətinə dəstək ola biləcək hər hansı siyasi, mənəvi, iqtisadi, hərbi yardımlar göstərməməyə, o cümlədən, öz ərazilərindən həmin məqsədlə təyinatlı daşınmalara və muzdluların hərəkətinə yol verməməyə çağırıblar. Bəyanatda müəllifləri bəşəriyyətin firavan gələcəyi naminə dünyada sülhün, əmin-amanlığın, birgəyaşayışın, sivilizasiyalar və dinlərarası harmoniyanın bərqərar olması amallarına sadiq olduqlarını ifadə ediblər.

Yekun sənədin müəllifləri beynəlxalq hüquq normaları və prinsiplərinə riayət olunmasının vacibliyini vurğulayaraq, dünyanın bütün regionlarında hərbi təcavüzlərin, zorakılıq hallarının və mövcud münaqişələrin aradan qaldırılmasına yönəlmiş beynəlxalq tədbirləri dəstəkləyərək, bu baxımdan, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək istiqamətində səylərinə öz həmrəyliyini ifadə edərək, BMT Nizamnaməsinə və beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarına, xüsusilə dövlətlərin suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsiplərinə hörmət edilməsinə və bu prinsiplərə riayət olunmasının beynəlxalq səviyyədə təşviq edilməsinə, dünyanın bir çox bölgələrində baş verən konfliktlərin, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yuxarıda göstərilən prinsiplərə tam uyğun olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsindəvə sülh yolu ilə həll olunmasına töhfə verməyə çağırırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR