Dini mərkəzlər xaricdə filial və ya nümayəndəlik yarada biləcək

Dini mərkəzlər xaricdə filial və ya nümayəndəlik yarada biləcək
# 13 aprel 2021 17:40 (UTC +04:00)

Dini mərkəz (idarə) Azərbaycan Respublikasında və xarici dövlətlərdə filial və (və ya) nümayəndəlik yarada biləcək.

APA-nın məlumatına görə, bu, “Dini etiqad azadlığı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, dini qurumun adı və fəaliyyət ərazisi müəyyənləşir.

- Dini qurumun adı onun təşkilati-hüquqi formasını, fəaliyyətinin xarakterini və hansı dinə mənsub olduğunu özündə əks etdirməlidir. Dini qurumun adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından istifadə edilə bilməz.

- Dini qurumun (dini mərkəz (idarə) istisna olmaqla) qeydiyyatdan keçdiyi hüquqi ünvandan kənarda fəaliyyət göstərməsinə yol verilmir.

- Dini mərkəzin (idarənin) Azərbaycan Respublikasında fəaliyyət ərazisi məhdudlaşdırılmır.

- Dini qurumun hüquqi ünvanı dəyişdikdə, bu barədə 7 (yeddi) gün müddətində tabe olduğu dini mərkəzə (idarəyə) məlumat verir. Dini mərkəz (idarə) bu barədə, habelə öz hüquqi ünvanı dəyişdiyi hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 10 (on) gün müddətində məlumat verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR