İslam dini icmaları yalnız təmsil etdikləri dinə aid ibadət yerlərində və ziyarətgahlarda yaradılacaq

İslam dini icmaları yalnız təmsil etdikləri dinə aid ibadət yerlərində və ziyarətgahlarda yaradılacaq
# 13 aprel 2021 18:15 (UTC +04:00)

Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən qeyri-islam dini icmalarına din xadimlərinin təyinatı qaydası müəyyənləşir.

APA-nın məlumatına görə, bu, “Dini etiqad azadlığı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən qeyri-islam dini icmalarında din xadimlərinin təyinatını dini icmanın təqdimatı əsasında tabe olduqları dini mərkəz (idarə) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə həyata keçirəcək.

Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən qeyri-islam dini icmasının tabe olduğu dini mərkəz (idarə) olmadıqda, din xadimlərinin təyinatını dini icma müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə həyata keçirəcək.

İslam dini icmaları yalnız təmsil etdikləri dinə aid ibadət yerlərində və ziyarətgahlarda yaradılacaq.

Dini icması yaradılmamış dini ibadət yerlərinə və ziyarətgahlara dini mərkəz (idarə) tərəfindən bu Qanunla müəyyən olunmuş qaydada din xadimləri təyin edilə bilər.

Dini ibadət yerinə və ziyarətgaha təyin edilmiş din xadimi tutduğu vəzifədən azad edildikdə, həmin vəzifəyə yeni din xadimi təyin olunanadək dini ibadət yerinin və ziyarətgahın dini icması öz dini fəaliyyətini dayandıracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR