Koronavirus təhlükəsinə görə Həcc ziyarəti ilə bağlı bəzi fəaliyyətlər təxirə salınıb

Koronavirus təhlükəsinə görə Həcc ziyarəti ilə bağlı bəzi fəaliyyətlər təxirə salınıb
# 17 mart 2020 12:39 (UTC +04:00)

Dünyada geniş yayılan koronavirus təhlükəsinə görə Həcc ziyarəti ilə bağlı bəzi fəaliyyətlər təxirə salınıb.

Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Qeyd edilib ki, ancaq Azərbaycandan Həcc ziyarətinə getmək üçün sənəd qəbulu davam edir.

Qeyd edilib ki, Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə Nazirliyindən Azərbaycana məktub gəlib. Məktubda bildirilib ki, müəyyən dövrə qədər bəzi fəaliyyətlər təxirə salınsın: "Həcc mövsümünə qədər Həcc missiyasının üzvləri bir neçə dəfə Məkkəyə gedərək son tamamlanma işləri ilə məşğul olurdu. Ancaq hazırda müəyyən dövrə qədər bu işlər təxirə salınıb".

Söhbətin sonu
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR