Ötən il 22 qeyri-islam dini icmasına maliyyə yardımı verilib

Ötən il 22 qeyri-islam dini icmasına maliyyə yardımı verilib
# 28 yanvar 2021 17:59 (UTC +04:00)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən ötən il 984 nəfər din xadiminə aylıq maddi dəstək göstərilib.

APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Kollegiyasının 2020-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş onlayn iclasında Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov bildirib. Onun sözlərinə görə, həmçinin Prezident İlham Əliyevin 2 iyun 2020-ci il tarixli Sərəncamı ilə Fonda ayrılmış 100 min manat vəsait hesabına 22 qeyri-islam dini icmasına maliyyə yardımı verilib.

O qeyd edib ki, cəbhə bölgəsində döyüş şəraitində fəaliyyətinə görə seçilən din xadimlərinə, dini ayinlərin və ritualların icrasını həyata keçirən 15 nəfərə maddi yardım göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR