Sabah Azərbaycanda ilk Qədr gecəsidir

Sabah Azərbaycanda ilk Qədr gecəsidir
  • Clock-gray 11:58
  • calendar-gray 11 May 2020

Sabah Azərbaycanda Ramazan ayının ilk Qədr (Əhya) gecəsi olacaq.

Bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib.

Onun sözlərinə görə, bu il ilk Qədr gecəsi mayın 12-dən 13-nə keçən gecəyə təsadüf edir: "Bu ilin Qədr gecələri mayın 12-i (Ramazanın 18-ci günü), 14-ü (Ramazanın 20-ci günü) və 16-sı (Ramazanın 22-ci günü) olacaq. Bir də məxsusi bir Qədr gecəsi var ki, bu da Ramazanın 26-cı gününün axşamı olur. Quranda “Qədr” surəsinin 26 kəliməsi var. Ona görə də deyirlər, ola bilsin ki, həmin gecə də Qədr gecəsi olsun. Bu il həmin Qədr gecəsi mayın 20-dən 21-nə keçən gecəyə təsadüf edir”. 

Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı aprelin 25-də başlayıb. Mayın 24-ü Ramazan (Fitr) bayramıdır.

Günay Elşadqızı

Digər xəbərlər