Səyavuş Heydərov: "Son 3 ildə Azərbaycan vətəndaşlarının xaricdə qeyri-qanuni silahlı birləşmələrə qoşulma halı qeydə alınmayıb"

Səyavuş Heydərov: "Son 3 ildə Azərbaycan vətəndaşlarının xaricdə qeyri-qanuni silahlı birləşmələrə qoşulma halı qeydə alınmayıb"
  • Clock-gray 12:37
  • calendar-gray 16 Dekabr 2019

"2016-cı ildən sonra Azərbaycan vətəndaşlarının xarici ölkələrdəki qeyri-qanuni silahlı birləşmələrə qoşulma halları qeydə alınmayıb".

APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib.

 O qeyd edib ki, qeyri-qanuni silahlı birləşmələrə qoşulanlar da səhv etdiklərini, aldandıqlarını etiraf ediblər: “Məsuliyyətə cəlb olunmuş şəxslərin ifadələrindən bunu görürük, eləcə də onların yaxın və  qohumlarından da bunu eşitməkdəyik”.

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date