Vladimir Fekete: “Bu gün müsəlmanlar, xristianlar, yəhudilər Vətən müharibəsi şəhidlərinin xatirəsini birgə yad edirlər”

Vladimir Fekete: “Bu gün müsəlmanlar, xristianlar, yəhudilər Vətən müharibəsi şəhidlərinin xatirəsini birgə yad edirlər”
  • Clock-gray 13:02
  • calendar-gray 04 Dekabr 2020

“Azərbaycandakı Katolik Kilsəsi Azərbaycan hakimiyyətinə, şəxsən cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadəyə və digər dini icmaların liderlərinə bizim ölkənin bütün uğurlarının qarantı olan xalqın birliyinin qorunması və möhkəmlənməsində müstəsna rol oynadıqlarına görə minnətdarlığını ifadə edir”.

APA-nın xəbərinə görə, bunu Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete 4 dekabr 2020-ci il tarixində Azərbaycanda Vətən müharibəsi şəhidlərinin anım mərasimi ilə bağlı çıxışında deyib.

O bildirib ki, kədərli, eyni zamanda əzəmətli gündə müsəlmanlar, xristianlar, yəhudilər Vətən müharibəsi şəhidlərinin xatirəsini birgə yad edirlər.

V. Feketenin sözlərinə görə, təəssüf ki, bu gün koronavirus pandemiyası hamını kilsəyə toplamağa imkan verməyib.  

V. Fekete qeyd edib ki, ölkədə birlik və həmrəylik Allahın böyük bir xeyir-duasıdır.

Zümrüd Paşkin

Digər xəbərlər