Azərbaycanda Ramazan bayramı qeyd olunur

Azərbaycanda Ramazan bayramı qeyd olunur
# 05 iyun 2019 00:00 (UTC +04:00)

Azərbaycanda bu gün Ramazan bayramıdır.

APA-nın məlumatına görə, ölkədə Ramazan ayı mayın 6-da başlayıb.

Fitr bayramı (Şəvval ayının 1-i) Ayın üfüqi ərazimizdə görünməsinə əsasən iyunun 5-nə təsadüf edir.

Azərbaycanda Ramazan bayramı iki gün - iyunun 5-i və 6-da qeyd olunur.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, Ramazan ayının başa çatması ilə əlaqədar iyunun 5-də saat 08:00-da Əjdərbəy məscidində, saat 09:00-da isə Təzə Pir məscidində bayram namazı qılınacaq.

QMİ Qazılar Şurası hazırkı şəraitə uyğun olaraq, fitrə zəkatının adambaşına 5-10 manat dəyərində verilməsini məsləhət görür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR