Bakıda qanunsuz fəaliyyət göstərən dini tədris kursu aşkarlanıb

Bakıda qanunsuz fəaliyyət göstərən dini tədris kursu aşkarlanıb
# 14 noyabr 2019 18:09 (UTC +04:00)

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş birgə tədbirlər nəticəsində Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, 5-ci keçid, ev 17 ünvanında qeyri-qanuni dini tədris kursunun fəaliyyət göstərdiyi aşkarlanıb.

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müəyyən edilibki, həmin kursun 26 üzvünə, o cümlədən bu təlimlərə cəlb olunmuş azyaşlılara qadağan edilmiş dini ədəbiyyatların tədrisi həyata keçirilir.

Qanunsuz dini kursların təsisçiləri Abdullayev Elton Kərəm oğlu və Qurbanov Elsevər Bəxtiyar oğlu barəsində inzibati qaydada protokol tərtib edilərək məhkəməyə göndərilib.

Qeydə alınmış fakt üzrə müvafiq araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR