“Dini bayramlar: tarix, ənənə və müasirlik” mövzusunda konfrans keçirilib 

“Dini bayramlar: tarix, ənənə və müasirlik” mövzusunda konfrans keçirilib 
# 07 avqust 2019 11:56 (UTC +04:00)

Avqust 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) “Dini bayramlar: tarix, ənənə və müasirlik” mövzusunda konfrans keçirib.

APA xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Əliheydər Zülfüqarov, DQİDK sədrinin birinci müavini Səyyad Salahlı, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, müvafiq dövlət qurumlarının təmsilçiləri, dini icma sədrləri, din xadimləri, dinşünas alimlər, ilahiyyatçılar və gənclər iştirak ediblər.

Tədbirdə çıxış edən Səyyad Salahlı dini bayramlardan söz açıb. O bildirib ki, iki böyük, müqəddəs dini bayram var: "Bunlar Ramazan və Qurban bayramlarıdır. Qarşıdan Qurban Bayramı gəlir. Düşünürəm ki, hər kəs bu bayramın mahiyyətini bilir. Bəziləri bu bayrama ət bayramı kimi yanaşır. Aydın məsələdir ki, bu, belə deyil. Keçmişdə varlı insanlar ət yeyərdilər, qalan kəndlilər ət görməzdi. İnsanlar ətdən yoxluq çəkərdi. Allah ona görə bu bayramı göndərib ki, yoxsul şəxslər də ət yesinlər".

S. Salahlı Ramazan bayramının əhəmiyyətindən də danışıb. O bildirib ki, sovet dövründə belə bayramlara qadağa qoyulsa da, insanlar bunu qeyd edirdilər. Onun sözlərinə görə, Qurban Bayramı bir topluma aid deyil, bu, ümumdünya bayramıdır.

Tədbirdə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Ceyhun Əliyev bayramların mahiyyətindən, onların tarixindən söz açıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR