İrandan olan 6 zəvvar Həcc ziyarətində ölüb

İrandan olan 6 zəvvar Həcc ziyarətində ölüb
# 06 avqust 2019 17:09 (UTC +04:00)

İrandan olan 6 zəvvar Həcc ziyarəti zamanı ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, ölənlərdən 4 nəfəri kişi, 2 nəfəri isə qadındır.

Məlumata görə, iranlı zəvvarlardan 3 nəfəri xəstəliyi ilə əlaqədar geri qaytarılıb. Onların müalicəsi davam etdirilir.

Qeyd edək ki, İrandan 90 min nəfərə yaxın zəvvar Həcc ziyarətinə getmək üçün Səudiyyə Ərəbistanına yola düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR