Mənəvi Dəyərlərin Təbliği Fondu "Şanlı tarix - Şanlı Respublika" adlı konfrans keçirib

Mənəvi Dəyərlərin Təbliği Fondu "Şanlı tarix - Şanlı Respublika" adlı konfrans keçirib
  • Clock-gray 12:26
  • calendar-gray 27 May 2019

Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən 28 May - Respublika gününə həsr olunmuş "Şanlı tarix - Şanlı Respublika" adlı konfrans keçirilib.

APA xəbər verir ki, konfransda gənclər, tələbələr, tarixçilər və ictimaiyyət nümayəndələri iştirak edib.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov bildirib ki, Respublika günü xalqın dəyərlərini ehtiva edir: "Bu gün sosial statusundan asılı olmayaraq, böyüklü-kiçikli hər kəsi qucaqlayan bir gündür. Azərbaycanın müstəqilliyi bizim üçün əzizdir. Gəncləri dəvət etməyimiz əbəs yerə deyil. Onlar da tariximizi daha dərindən bilməlidirlər".

BDU-nun kafedra müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərov 101 illiyini qeyd etdiyimiz Cümhuriyyətin tarixi haqqında gənclərə məlumat verib: "Cümhuriyyət Azərbaycan tarixində şərəfli bir zirvədir. Hardan baxsan, bu zirvə ilə qürur duyursan. Sayca və ərazisinə görə bizdən çox olan xalqlar var. Amma biz müstəqil ölkələr içində olduğumuz üçün şanslıyıq".

Konfransda tarix üzrə fəlsəfə doktoru, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Rəfi Qurbanov Cümhuriyyətlə bağlı müxtəlif məruzə ilə çıxış edib. Gənclər də çıxışlarında Respublika günü ilə bağlı fikirlərini bildiriblər. Sonda videoçarx nümayiş olunub.

Aytən Yusifova

Digər xəbərlər

Arxiv

date