PA rəsmisi: “Bəziləri dini bayramları başqa təqvim, hansısa ölkənin qeyd etdiyi gündə keçirmək istəyirlər”

PA rəsmisi: “Bəziləri dini bayramları başqa təqvim, hansısa ölkənin qeyd etdiyi gündə keçirmək istəyirlər”
# 07 avqust 2019 12:34 (UTC +04:00)

"Müstəqillik bərpa olunandan sonra Azərbaycanda dini bayramlar qanunvericilik çərçivəsində qeyd olunur".

APA xəbər verir ki, bunu “Dini bayramlar: tarix, ənənə və müasirlik” mövzusunda konfransda çıxışında zamanı Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Əliheydər Zülfüqarov deyib.

O bildirib ki, bəzən yanlış olaraq dini bayramlar dindarların bayramı kimi təqdim olunur: "Bayram özünə müsəlman deyən, bu ənənəni yaşadanların bayramıdır. Cəmiyyət olaraq vəhdət məsələsi bizim üçün önəmlidir. Azərbaycanda dini bayramlar Qafqaz Müsəlmanları İdarəsinin və Şamaxı Astrofizika Rəsədxanasının birlikdə müəyyənləşdirdiyi təqvim əsasında keçirilir. Amma bəziləri bu bayramları başqa təqvim, hansısa ölkənin qeyd etdiyi gündə keçirmək istəyirlər. Onlar insanların eyni gündə sevinməsinə, vəhdət prinsipinə kölgə salmaq istəyirlər. Belə hallarla bağlı kütləvi maarifləndirmə işləri aparılır. Amma bununla belə bayram vaxtları belə qurumlar, təşkilatlar meydana çıxır".

Ə. Zülfüqarov qeyd edib ki, bəziləri islami dəyərlərin dünyada yayılmasına qarşı çıxırlar: "Bu, islamafobiyadır. Bayram günlərində heyvan hüquqlarını müdafiəsi ilə bağlı müəyyən şüarlar olur. Bəzən heyvanların kütləvi qırılması kimi yanaşıb, problemlər yaratmağa çalışırlar. Amma biz ayıq münasibət göstərərək sivil qaydada buna cavab verməliyik".

Ə. Zülfüqarov vurğulayıb ki, Azərbaycanda digər xalqların da dini bayramları xüsusi təntənə ilə qeyd edilir və bunun üçün hər bir şərait yaradılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR