Prezident Administrasiyasının rəsmisi: “Dini təhsil sahəsində əsas məsələ kadrlarla bağlıdır”

Prezident Administrasiyasının rəsmisi: “Dini təhsil sahəsində əsas məsələ kadrlarla bağlıdır”
  • Clock-gray 12:25
  • calendar-gray 30 Aprel 2019

“Dini təhsil sahəsində əsas məsələ kadrlarla bağlıdır ki, başqa ölkələrdən gəlib burada yanlış təbliğatla məşğul olmasınlar. Ona görə də ötən il prezident İlham Əliyevin göstərişi ilə İlahiyyat İnstitutu yaradıldı”.

ONA-nın xəbərinə görə, bunu “Dini radikalizmlə mübarizədə birgə fəaliyyətin təhlili və əhəmiyyəti” adlı konfransda Prezident Administrasiyası Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Əliheydər Zülfüqarov deyib.

Onun sözlərinə görə, bu gün sosial şəbəkələrdə yayılan videolar cəmiyyəti narahat edir: “18 yaşında radikal qüvvələrə qoşulan qadın deyir ki, indi 24 yaşı var, amma uşaqlarını da götürüb ölkəyə gələ bilmir. Bu kimi məsələlərdə teologiyanı və psixologiyanı bilən güclü kadrlar lazımdır”.

Orxan Məmmədli

Digər xəbərlər

Arxiv

date