
- apa.az
- Din
Azərbaycanda Məhərrəm ayı sentyabrın 1-də başlayır, sentyabrın 10-u Aşuradır - FƏTVA
Qafqaz Müsəlmanlari İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şura Məhərrəm ayı ilə bağlı fətva verib.
QMİ-dən APA-ya verilən məlumata görə, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şura fətvada bəyan edir ki, hicri 1441-ci ilin başlanğıcı - Məhərrəm ayının 1-i miladi təqvimlə 2019-cu il sentyabrın 1-nə, Aşura günü isə sentyabrın 10-na təsadüf edəcək.
"Tarix boyu bütün səmavi dinlər tərəfindən sülh və əmin-amanlıq ayı kimi qəbul edilən Məhərrəmin onuncu günü olan Aşura əfsus ki, hicri 61-ci ildən şəhadət və hüzn günü kimi yad edilir. Aşura hadisəsində Müaviyə oğlu Yezidin göstərişi ilə Həzrət Peyğəmbərin (s) nəvəsi və səhabəsi İmam Hüseyn (ə), o Həzrətin (s) digər səhabələri, Əhli-Beyt və tərəfdarları Kərbəla çölündə şəhid edilmiş, ailələri əsir alınmışdır. Bununla yanaşı, İmamın (ə) haqq-ədalət naminə şəhadəti bəşəriyyət və insanlıq üçün mənəvi kamillik, dirçəliş nümunəsidir. Odur ki, İmam Hüseyn (ə) əzadarlığı ölkəmizdə də bədbinlik və ümidsizliyə deyil, Vətən və iman sevgisinə, işğal olunmuş Qarabağ torpaqlarının azad edilməsi uğrunda mübarizəyə çağırış ruhunda olmalıdır", - deyə fətvada bildirilir.
Qeyd olunur ki, təziyə mərasimlərində şəhidlərimizi yad etmək, əzəli torpaqlarımızın işğaldan azad olunmasını dua etmək müqəddəs borcumuzdur: "Dindarlarımız müsəlman tarixində kədərli, lakin şərəf və qürur nümunəsi kimi yer alan Kərbəla faciəsinin, eləcə də İmam Hüseynin (ə) həyat və şəhadətinin yad edilməsini ənənəvi olaraq bu gün də davam etdirirlər.
Məhərrəmlik mərasimləri İmam Hüseynin (ə) şəninə uyğun və amallarına yaraşan tərzdə qeyd edilməlidir. Mövcud qanunvericiliyə əsasən, təziyə məclisləri məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə təşkil olunmalı, ictimai asayişə mane olmamalıdır. Dini mərasim və ayinlər yalnız QMİ-nin rəsmi şəkildə təyin etdiyi din xadimləri tərəfindən idarə edilməlidir. Din xadimləri İmam Hüseyn (ə) mübarizəsinin və Kərbəla faciəsinin mahiyyətini düzgün çatdırmalı, şəhidlik fəlsəfəsinin açıqlanmasına, vətən təəssübü və milli mənafelərimizin təbliğinə ciddi çalışmalıdırlar. İbadət məkanlarından kənar ərazilərdə kütləvi yürüşlərə çıxmaq, özünə və ətrafdakılara xəsarət yetirə biləcək alətləri, başqa ölkələrin bayraq və digər dövlət rəmzlərini mərasimlərə gətirmək yolverilməzdir. Əzadarlıq mərasimlərində dinimizin təyin etdiyi əxlaqi meyarlara riayət olunmalıdır. Qurşağadək soyunub zəncir vurmaqla bədənə xəsarət yetirmək və baş yarmaqla qan çıxarmaq İslam qanunlarına ziddir, İmamın (ə) və Kərbəla şəhidlərinin xatirəsinə hörmətsizlikdir. Allah rizası üçün İmam Hüseynə (ə) məhəbbətini izhar etmək istəyənlər Fətvada əks olunan tövsiyələrə əməl etməlidirlər. Din xadimləri isə Qazılar Şurasının və Elmi-Dini Şuranın fətvasını məscidlərdə oxumalı və qeyd olunan tövsiyələrə bütün dini mərasimlərdə əməl olunmalıdır".
Fətvada deyilir ki, QMİ-nin təşəbbüsü ilə gerçəkləşən və təziyə günlərində ehtiyacı olan xəstələr üçün təşkil edilən İmam Hüseyn (ə) xatirinə könüllü qanvermə aksiyaları cəmiyyətin təqdirini qazanıb: "Respublika Səhiyyə Nazirliyi QMİ-nin başlatdığı bu kampaniyaya dəstək əlaməti olaraq məscidlərlə yanaşı, ibadət məkanlarına yaxın ərazilərdə yerləşən tibb məntəqələrində (xəstəxana və poliklinikalarda) də qanvermə aksiyalarının həyata keçirilməsini təmin edəcək. Kərbəla və Azərbaycan şəhidlərinin xatirəsinə qan verilməsinin təşkili ən münasib əzadarlıq nümunəsidir və din xadimlərimiz bu savab əməli lazımınca təbliğ etməlidirlər. Ümid edirik ki, möminlər Allaha xoş gedən bu gözəl ənənəni yaşadacaqlar və Allah-Təala minlərlə xəstə insana İmam Hüseynə (ə) xatir şəfa bəxş edəcəkdir, inşallah!
Bu gün vətənimiz Azərbaycanda dövlət və xalq birliyi sayəsində ictimai asayiş və əmin-amanlıq mövcuddur. Ölkə müsəlmanları olaraq bu böyük nemətə görə Allah-Təalaya şükürlər edir, din xadimlərimizi və dindarlarımızı respublikadakı mövcud sabitliyin qorunmasına, dindən sui-istifadə edərək məhərrəmlik mərasimlərində qarşıdurma yaratmağa çalışan qüvvələrə qarşı ayıq-sayıq olmağa çağırırıq. Din xadimləri və dindarlar isə hər hansı təxribatın qarşısını almaq üçün asayiş keşikçilərinə yardımçı olmalıdırlar.
QMİ, məzhəbindən asılı olmayaraq ölkə müsəlmanlarına İmam Hüseyn (ə) mərasimlərində birgə iştirak etməyi, İmam (ə) və Kərbəla şəhidləri ilə yanaşı, Qarabağ və Xocalı şəhidlərinin də ruhlarına dualar etməyi tövsiyə edir.
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şura Azərbaycan dövlətçiliyinin əsasını qoymuş Ümummilli Lider Heydər Əliyevə Allah-Təaladan rəhmət diləyir, dövlətimizin siyasi-iqtisadi və mənəvi inkişafı üçün misilsiz səylər göstərən, tolerantlığın və multikultural dəyərlərin təminatçısı və himayədarı olan, dünya miqyasında İslam həmrəyliyi ideyalarını müdafiə edən dövlət başçımız İlham Əliyev cənablarının fədakar fəaliyyətinə Uca Allahdan inayət arzulayır, xalqımızın əmin-amanlığı və rifahı üçün dualar edir. Allah köməyimiz olsun!"

Digər xəbərlər
XƏBƏR LENTİ
Azərbaycan da daxil olmaqla 11 ölkənin XİN başçıları nasizmi pisləyən birgə bəyanat yayıb
Tramp amerikalı tələbənin sərbəst buraxılmasına görə İrana təşəkkür edib
Göygöldə gənc toyda bıçaqlanıb
"Bavariya" liderlə bacarmayıb
“Liverpul”dan darmadağın, “Mançester Siti” derbidə uduzub
ABŞ-da həbs edilən professor Məsud Süleymani 1 il sonra sərbəst buraxılıb
İdlibdə hava zərbələri nəticəsində 11 mülki şəxs ölüb
Lider səfərdə, “Qalatasaray” evdə qələbə qazanıb
İtaliya klubu 36 yaşlı bombardirlə yeni müqavilə imzalayıb
Məhəmmədrəsul Məcidov yenə nokautla qalib gəlib - VİDEO - FOTOSESSİYA
Rusiyada yol qəzasında 12 piyada yaralanıb, 1 nəfər ölüb
Azərbaycan millisinin dünya çempionatındakı oyunlarının təqvimi açıqlanıb
Moskvada azərbaycanlı şairənin yaradıcılığına həsr olunan poeziya axşamı keçirilib
Bakıda mənzildən qadın meyiti tapılıb
Bərdədə iki avtomobil toqquşub, 1 nəfər ölüb - FOTO
İranda hərbçi üç polisi güllələyib
Bakıda minik avtomobili yanıb
Azərbaycanın iki taekvondoçusu Qran-prinin final mərhələsində medal qazanıb
Putinlə Lukaşenkonun danışıqları zamanı işıq sönüb
Dövlət Komitəsinin sədr müavini: "Zorakılığın qarşısını almaq düşüncəsilə bəzən o zorakılığı təbliğ edirik"
Nazirlər Kabinetinə yeni səlahiyyət verilib
Şahin Mustafayev Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədri olub
Azərbaycanda hakimlərə məzuniyyət haqqının hesablanması qaydası müəyyənləşib
Türkiyədə yaşayan azərbaycanlı dirijorun rəhbərliyi ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olub
“Dedi ki, evsiz-eşiksiz qalmış insanların problemlərini həll etmək bir Prezident kimi mənim borcumdu” - ŞAMAXIDAN REPORTAJ
Tikintidə əmək münasibətləri ilə bağlı aparılan monitorinqin nəticələri açıqlanıb
Slovakiyada yaşayış evində partlayış nəticəsində daha iki nəfər ölüb
Qətərdəki dünya çempionatının finalının yeri dəyişdirilib
Sədaqət Qəhrəmanova: “Məişət zorakılığı ilə bağlı məlumat bankı gələn il hazır ola bilər"
Azərbaycan gimnastı Dünya Yaş Qrupu Yarışının qalibi olub
Bağdadda silahlı şəxslərin nümayişçilərə atəş açması nəticəsində ölənlərin sayı 50-yə çatıb - YENİLƏNİB
Azərbaycanda genişmiqyaslı geoloji kəşfiyyat işləri layihəsi bütün ölkəni əhatə edə bilər
Ümid Partiyası parlament seçkilərinə gedir
Mustafa Dənizli “Traktor”dan ayrılıb
Namizədlərin parlamentə növbədənkənar seçkilərlə əlaqədar sənədləri DSK-lara təqdim edəcəkləri müddət müəyyənləşib
MSK “Exit-poll” keçirmək üçün müraciət edən təşkilatların akkreditasiyası barədə yanvarın 30-dək qərar qəbul edəcək
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar MSK nəzdində ekspert və işçi qrupları yaradılıb
Müsavat Partiyası parlament seçkilərində iştirak barədə qərar qəbul edib
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar seçkiqabağı təşviqatın aparılacağı müddət müəyyənləşib
MSK Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar Təqvim Planını təsdiqləyib
Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı müsabiqəyə yekun vurulub
Tramp Dünya Bankını Çinə kredit verməyi dayandırmağa çağırıb
Bakıda 8 nəfərə qarşı dələduzluq edən keçmiş məhkum saxlanılıb
DİN: Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb
"Rabitəbank" KOBİA ilə əməkdaşlığa başlayıb
Evo Morales Meksikadan Kubaya gedib
Azərbaycan və Polşa hərbi hüquq ekspertləri arasında görüş keçirilib
Bakıda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü tutulub
Fərid Şəfiyev Brüsseldə görüşlər keçirib
ABŞ Liviya səmasında yoxa çıxan PUA-nın Rusiya tərəfindən vurulduğunu iddia edib

VİDEO XƏBƏRLƏR


“Dedi ki, evsiz-eşiksiz qalmış insanların problemlərini həll etmək bir Prezident kimi mənim borcumdu” - ŞAMAXIDAN REPORTAJ

Azərbaycan Ali Hərbi Məktəbin kursantları çöl çıxışlarına başlayıb - VİDEO

Zakir Həsənov cəbhəboyu zonadakı hərbi hissələrdə aparılan tikinti işlərinin gedişi ilə tanış olub - VİDEO

Müdafiə naziri cəbhəboyu zonada artilleriyaçıların döyüş hazırlığını yoxlayıb - VİDEO

FOTO XƏBƏRLƏR

Psixoloqların diaqnostik qiymətləndirilməsi üzrə imtahan proqramı açıqlanıb

Hər zaman aldığımız karamel nədir və onun hansı növləri var? - FOTO - VİDEO

Azərbaycan yığmasının 7 cüdoçusu “Top-20”də yer alıb

“Siyasi repressiya qurbanları muzeyi”nin açılışı olub - FOTOSESSİYA
