QMİ bayram namazının vaxtını açıqlayıb

QMİ bayram namazının vaxtını açıqlayıb
# 09 avqust 2019 12:48 (UTC +04:00)

Azərbaycanda Qurban bayramı namazının vaxtı məlum olub.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bayram namazı avqustun 12-də saat 08:00-da Əjdərbəy məscidində, saat 09:00-da Təzə Pir məscidində və ölkənin digər məscidlərində qılınacaq.

Qeyd edək ki, Azərbaycanda bu il Qurban bayramı 12, 13 avqustda qeyd olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR