
- apa.az
- Din
Səudiyyə Ərəbistanının Kralı Şeyxülislam Allahşükür Paşazadəni qəbul edib
İki Müqəddəs Məscidin Xadimi, Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səud Ciddə şəhərində yerləşən Əs-Səlam kral sarayında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadəni qəbul edib.
QMİ-dən APA-ya verilən məlumata görə, göstərilən iltifata görə Kral Salman bin Əbdüləziz Əl Səuda təşəkürünü bildirən Şeyxülislam ona Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın salamlarını çatdırıb. Onların dost, qardaş Səudiyyə Ərəbistanına xoşbəxtlik, sabitlik və inkişaf diləklərini yetirib. Hacı Allahşükür Paşazadə Kral Salman bin Əbdüləzizin Ermənistan tərəfindən təcavüzə məruz qalmış Azərbaycana verdiyi ənənəvi dost, qardaş dəstəyinin Prezident İlham Əliyevin və xalqımızın həmişə yüksək qiymətləndirdiyini vurğulayıb.
Kral Salman bin Əbdüləziz Al Səud özünün səmimi dostu və qardaşı adlandırdığı Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə, eləcə də Birinci Vitse-prezident Mehriban Əliyevaya öz salam-dualarını yetirərək qeyd edib ki, Səudiyyə Ərəbistanı Krallığı Azərbaycan rəhbərliyinin iki qardaş ölkə arasındakı əlaqələrin hərtərəfli inkişafına verdiyi önəmli təhfələri, İslam həmrəyliyinin möhkəmləndirilməsi uğrunda atdığı nümunəvi addımları alqışlayır və yüksək qiymətləndirir.
Qəbul əsnasında tərəflər iki dost və qardaş dövlət arasında əməkdaşlıq məsələlərini müzakirə edib, İslamın sülh və mötədillik dini olaraq təlim edilməsinin vacibliyi haqda fikir mübadiləsi aparıblar. Qəbulda Səudiyyə Ərəbistanı tərəfindən Daxili İşlər naziri şahzadə Əbdüləziz bin Səud bin Nəyif bin Əbdüləziz, Kral Divanının müşaviri Səəd Nasir Əl-Şisri, Xarici İşlər naziri İbrahim bin Əbdüləziz Əl-Əssaf və İki Müqəddəs Məscidin Xadiminin xüsusi katibinin köməkçisi Təmim bin Əbdüləziz Əs-Səlim, Azərbaycan tərəfindən isə QMİ sədrinin Birinci müavini müfti Salman Musayev və Azərbaycan Respublikası Milli Məclisin üzvü Cavanşir Paşazadə iştirtak ediblər.
Şeyxülislam qəbuldakı çıxışında bildirib ki, Azərbaycan müsəlmanları bu gün bir mənəvi renossans dövrünə qədəm qoyub:
“Məscidlərimizin sayı 2000-i keçir, islam dininin tədris olunduğu ali təhsil ocaqlarımız çoxalır. Ölkəmizdə başqa dinə qulluq edənlər də öz ibadətlərində azaddır. Bu ilin noyabr ayında Dinlərarası sammitin Bakıda keçirilməsi Azərbaycana olan beynəlxalq etimaddam xəbər verir”.
Şeyxülislam qeyd edib ki, Həcc ziyarətinin nəhəng müsafirlərini, milyonlarla zəvvarı layiqincə qarşılamaq, yola salmaq çox böyük məsuliyyət, əziyyət tələb edir: “Özü də hər il zəvvarların sayı da artır. Bu il də Həcc ziyarəti çox gözəl təşkil edilmişdi. Hacılarımız çox rahat və heç bir texniki, təşkilati problem yaşamadan öz niyyətlərinə çatdılar, ziyarətlərini başa vurdular. Elə buna görə də bütün hacılarımız adından Sizə minnətdarlığımı bildirirəm. Allah bu iki müqəddəs ocağın istisini əbədi eləsin, Səudiyyə Ərəbistanı və Azərbaycan müsəlmanları, habelə bu iki dövlət arasındakı münasibətlər bütün islam aləmi üçün bir nümunə olsun, inşaAllah! Qəbul etdiyiniz, bizə yüksək diqqət ayırdığınıza görə Sizə bur daha minnətdarlığımı bildirirəm! Allah razı olsun”.
Günay Elşadqızı
Digər xəbərlər
XƏBƏR LENTİ
Azərbaycan da daxil olmaqla 11 ölkənin XİN başçıları nasizmi pisləyən birgə bəyanat yayıb
Tramp amerikalı tələbənin sərbəst buraxılmasına görə İrana təşəkkür edib
Göygöldə gənc toyda bıçaqlanıb
"Bavariya" liderlə bacarmayıb
“Liverpul”dan darmadağın, “Mançester Siti” derbidə uduzub
ABŞ-da həbs edilən professor Məsud Süleymani 1 il sonra sərbəst buraxılıb
İdlibdə hava zərbələri nəticəsində 11 mülki şəxs ölüb
Lider səfərdə, “Qalatasaray” evdə qələbə qazanıb
İtaliya klubu 36 yaşlı bombardirlə yeni müqavilə imzalayıb
Məhəmmədrəsul Məcidov yenə nokautla qalib gəlib - VİDEO - FOTOSESSİYA
Rusiyada yol qəzasında 12 piyada yaralanıb, 1 nəfər ölüb
Azərbaycan millisinin dünya çempionatındakı oyunlarının təqvimi açıqlanıb
Moskvada azərbaycanlı şairənin yaradıcılığına həsr olunan poeziya axşamı keçirilib
Bakıda mənzildən qadın meyiti tapılıb
Bərdədə iki avtomobil toqquşub, 1 nəfər ölüb - FOTO
İranda hərbçi üç polisi güllələyib
Bakıda minik avtomobili yanıb
Azərbaycanın iki taekvondoçusu Qran-prinin final mərhələsində medal qazanıb
Putinlə Lukaşenkonun danışıqları zamanı işıq sönüb
Dövlət Komitəsinin sədr müavini: "Zorakılığın qarşısını almaq düşüncəsilə bəzən o zorakılığı təbliğ edirik"
Nazirlər Kabinetinə yeni səlahiyyət verilib
Şahin Mustafayev Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədri olub
Azərbaycanda hakimlərə məzuniyyət haqqının hesablanması qaydası müəyyənləşib
Türkiyədə yaşayan azərbaycanlı dirijorun rəhbərliyi ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olub
“Dedi ki, evsiz-eşiksiz qalmış insanların problemlərini həll etmək bir Prezident kimi mənim borcumdu” - ŞAMAXIDAN REPORTAJ
Tikintidə əmək münasibətləri ilə bağlı aparılan monitorinqin nəticələri açıqlanıb
Slovakiyada yaşayış evində partlayış nəticəsində daha iki nəfər ölüb
Qətərdəki dünya çempionatının finalının yeri dəyişdirilib
Sədaqət Qəhrəmanova: “Məişət zorakılığı ilə bağlı məlumat bankı gələn il hazır ola bilər"
Azərbaycan gimnastı Dünya Yaş Qrupu Yarışının qalibi olub
Bağdadda silahlı şəxslərin nümayişçilərə atəş açması nəticəsində ölənlərin sayı 50-yə çatıb - YENİLƏNİB
Azərbaycanda genişmiqyaslı geoloji kəşfiyyat işləri layihəsi bütün ölkəni əhatə edə bilər
Ümid Partiyası parlament seçkilərinə gedir
Mustafa Dənizli “Traktor”dan ayrılıb
Namizədlərin parlamentə növbədənkənar seçkilərlə əlaqədar sənədləri DSK-lara təqdim edəcəkləri müddət müəyyənləşib
MSK “Exit-poll” keçirmək üçün müraciət edən təşkilatların akkreditasiyası barədə yanvarın 30-dək qərar qəbul edəcək
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar MSK nəzdində ekspert və işçi qrupları yaradılıb
Müsavat Partiyası parlament seçkilərində iştirak barədə qərar qəbul edib
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar seçkiqabağı təşviqatın aparılacağı müddət müəyyənləşib
MSK Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar Təqvim Planını təsdiqləyib
Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı müsabiqəyə yekun vurulub
Tramp Dünya Bankını Çinə kredit verməyi dayandırmağa çağırıb
Bakıda 8 nəfərə qarşı dələduzluq edən keçmiş məhkum saxlanılıb
DİN: Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb
"Rabitəbank" KOBİA ilə əməkdaşlığa başlayıb
Evo Morales Meksikadan Kubaya gedib
Azərbaycan və Polşa hərbi hüquq ekspertləri arasında görüş keçirilib
Bakıda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü tutulub
Fərid Şəfiyev Brüsseldə görüşlər keçirib
ABŞ Liviya səmasında yoxa çıxan PUA-nın Rusiya tərəfindən vurulduğunu iddia edib

VİDEO XƏBƏRLƏR


“Dedi ki, evsiz-eşiksiz qalmış insanların problemlərini həll etmək bir Prezident kimi mənim borcumdu” - ŞAMAXIDAN REPORTAJ

Azərbaycan Ali Hərbi Məktəbin kursantları çöl çıxışlarına başlayıb - VİDEO

Zakir Həsənov cəbhəboyu zonadakı hərbi hissələrdə aparılan tikinti işlərinin gedişi ilə tanış olub - VİDEO

Müdafiə naziri cəbhəboyu zonada artilleriyaçıların döyüş hazırlığını yoxlayıb - VİDEO

FOTO XƏBƏRLƏR

Psixoloqların diaqnostik qiymətləndirilməsi üzrə imtahan proqramı açıqlanıb

Hər zaman aldığımız karamel nədir və onun hansı növləri var? - FOTO - VİDEO

Azərbaycan yığmasının 7 cüdoçusu “Top-20”də yer alıb

“Siyasi repressiya qurbanları muzeyi”nin açılışı olub - FOTOSESSİYA
