"Təzə Pir" məscidinin ərazisi genişləndiriləcək

"Təzə Pir" məscidinin ərazisi genişləndiriləcək
# 05 iyun 2019 09:47 (UTC +04:00)

""Təzə Pir" məscidinin ərazisi genişləndiriləcək".

APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib.

Onun sözlərinə görə, "Təzə Pir" məscidinin ərazisinin genişlənməsi ölkə prezidenti İlham Əliyevin fikridir: "Bu barədə bu yaxınlarda elan veriləcək. Hazırda məsələ ilə bağlı iş aparılır. "Təzə Pir" məscidinin ətrafı daha da genişləndiriləcək. Çünki bu məscid bizim mənəvi simvolumuzdur".

QMİ sədri deyib ki, bu məscid Azərbayacan xalqı üçün müqəddəs yer olub: "Buna görə də dövlət rəhbərinin də buraya xüsusi rəğbəti var".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR