Vatikan Azərbaycanda şiə və sünnilərin birgəyaşayış modelini tətbiq etmək üçün dünyaya çağırış edib

Vatikan Azərbaycanda şiə və sünnilərin birgəyaşayış modelini tətbiq etmək üçün dünyaya çağırış edib
# 15 noyabr 2019 10:50 (UTC +04:00)

“Azərbaycanda şiələr və sünnilər bərabər və mehriban şəraitdə yaşayırlar. Onlar iki ayrı məzhəbin nümayəndəsi kimi yox, vahid məzhəbin nümayəndələri kimi həyat sürürlər”.

APA-nın xəbərinə görə, bunu Dünya dini liderlərinin II Bakı Sammiti çərçivəsində keçirilən II Plenar iclasda çıxışı zamanı Vatikanın Dinlərarası Pontifik Şurasının İslam ilə dialoq departamentinin sədri Xaled Akaşe deyib.

“Mən buradan digər dövlətləri Azərbaycandakı bu modeli əxz edərək özlərində tətbiq etməyə çağırıram. Bu, çox faydalı metoddur”, - deyə Vatikanın nümayəndəsi bildirib.

X. Akaşe qeyd edib ki, Azərbaycanda digər dinlərin də nümayəndələri dinc şəraitdə yaşayırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR