Allahşükür Paşazadə: “Prezident Hacı Cavad məscidinin söküldüyünü eşidəndə bərk qəzəblənmişdi"

Allahşükür Paşazadə: “Prezident Hacı Cavad məscidinin söküldüyünü eşidəndə bərk qəzəblənmişdi"
# 15 may 2018 10:36 (UTC +04:00)

“Azərbaycan prezidenti Bakıdakı Hacı Cavad məscidinin sökülməsinin əleyhinə olub, eşidəndə ki, ora sökülüb, bərk qəzəblənmişdi”.

APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.

A. Paşazadə qeyd edib ki, prezidentin göstərişi ilə başqa yerdə dərhal yeni məscidin tikintisinə başlanılıb: “Çox şükür ki, Hacı Cavad məscidi bizə qaytarıldı. Prezidentimizə buna görə bütün dindarlar adından çox təşəkkür edirəm. Çünki məscidi sökmək olmaz, ora sınıq-salxaq olsa belə, sökmək olmaz. Şükür ki, prezidentimiz Hacı Cavad məscidini daha gözəl və geniş formada tikdirib dindarlara təhvil verdi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR