Allahşükür Paşazadə: "Qüds müsəlmanların - Fələstinin paytaxtıdır"

Allahşükür Paşazadə: "Qüds müsəlmanların - Fələstinin paytaxtıdır"
# 15 may 2018 09:21 (UTC +04:00)

“Biz Qafqaz müsəlmanları bəyan edirik ki, Qüds müsəlmanların - Fələstinin paytaxtıdır”.

APA-nın məlumatına görə, bu bəyanatla Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə çıxış edib.

O qeyd edib ki, başqa bir dövlətin Qüdsə müdaxiləsi ciddi fəlakətə yol açacaq: “Artıq bu baş verir. 59 müsəlman həlak olub, 2 minə yaxını yaralanıb. 1990-cı ilin yanvarında biz bu təcavüzü yaşamışıq. İndi bu, orda təkrar olunur. Ermənilərin bizə təcavüzü də bunun eynisidir”.

Şeyxülislam bildirib ki, Qüds müsəlmanların doğma və müqəddəs torpağıdır: “Qüdsdə bu gün baş verənlərin səbəbi müsəlman dövlətləri arasında birliyin olmamasıdır. Bəzi dövlətlər də bu birliyin olmamasından məharətlə istifadə edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR