Allahşükür Paşazadə KAİCİİD Dialoq Mərkəzinin Direktorlar Şurasının 18-ci sessiyasında iştirak edib

Allahşükür Paşazadə KAİCİİD Dialoq Mərkəzinin Direktorlar Şurasının 18-ci sessiyasında iştirak edib
# 07 iyul 2018 14:19 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə 5 iyul tarixində Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən KAİCİİD Dialoq Mərkəzinin Direktorlar Şurasının növbəti - 18-ci sessiyasında iştirak edib.

Qafqaz Müsəlmanları İdarəsindən "APA-Economics"ə verilən məlumata görə, sessiyanın gündəliyində bir sıra önəmli məsələlər, o cümlədən mərkəzin idarəetmə sistemində mühüm dəyişikliklərlə bağlı müzakirələr aparılıb, Mərkəzin müxtəlif dünyanın regionlarında, müxtəlif istiqamətlərdə apardığı fəaliyyətlə bağlı hesabatlar təqdim olunub, illik fəaliyyət planı, habelə Mərkəzin beynəlxalq nüfuzunun artırılması istiqamətində atılacaq addımlara dair fikir mübadiləsi aparılıb.

İyulun 6-da, sessiya öz işini tamamladıqdan sonra QMİ sədri və onu müşaiyət edən heyət vətənə qayıdıb.

Qeyd edək ki, Şeyxülislam Allahşükür Paşazadə dünyanın dinlərarası və mədəniyyətlərarası dialoq üzrə yeganə hökumətlərarası beynəlxalq təşkilatı olan KAICIID-in 9 nəfərlik Direktorlar Şurasında yer alan yeganə müsəlman dini liderdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR