Həccə gedəcək zəvvarlar peyvənd olunacaq

Həccə gedəcək zəvvarlar peyvənd olunacaq
# 14 fevral 2018 11:58 (UTC +04:00)

Azərbaycandan bu il Həcc ziyarətinə gedəcək zəvvarlar peyvənd olunacaq.

APA-nın məlumatına görə, bu barədə zəvvarlara təqdim olunan Həcc ziyarəti müqaviləsindəki şərtlərdə qeyd olunub.

Bildirilir ki, Səudiyyə Ərəbistanında yayıla biləcəyi ehtimal olunan qrip epidemiyasına görə zəvvarların peyvənd olunması lazımdır.

Qeyd edək ki, Azərbaycanda bu il Həcc ziyarətinə sənədlərin qəbulu başlayıb, ziyarətin qiyməti 4150 ABŞ dollarıdır. Azərbaycandan Həcc ziyarətini Qafqaz Müsəlmanları İdarəsi təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR