Azərbaycanın Gürcüstandakı səfirliyi şəhid ailələri üçün iftar süfrəsi təşkil edib

Azərbaycanın Gürcüstandakı səfirliyi şəhid ailələri üçün iftar süfrəsi təşkil edib
# 02 iyun 2018 18:48 (UTC +04:00)

Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə Marneuli rayonunda Qarabağ şəhidlərinin ailə üzvləri və yaxınları üçün iftar süfrəsi təşkil olunub.

APA-nın yerli bürosunun məlumatına əsasən, mərasimdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, hərbi attaşe, polkovnik-leytenant Fuad İbrahimov və səfirliyin digər əməkdaşları iştirak edib.

D. Həsənov və F. İbrahimov şəhid ailələri ilə söhbət edərək, onların qayğı və problemləri ilə maraqlanıb.

Mərasimdə Qarabağ şəhidlərinin ruhuna dualar oxunub. İftar süfrəsinə qatılanlar diqqət və qayğıya görə Azərbaycan səfirliyinə minnətdarlıqlarını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR