QMİ “Qurani-Şərif”in Azərbaycan dilində təfsiri olan ilk əsəri təkrar nəşr etdirib - FOTO

QMİ “Qurani-Şərif”in Azərbaycan dilində təfsiri olan ilk əsəri təkrar nəşr etdirib - <span style="color: red;">FOTO
# 01 aprel 2014 13:25 (UTC +04:00)

Bakı - APA. Qafqaz Müsəlmanları İdarəsi Mirməhəmməd Kərim Bakuvinin “Kəşfül-Həqayiq” əsərini yeni nəşr etdirib. QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Qurani-Şərif”in Azərbaycan dilində təfsiri olan bu əsər üç cilddə müasir üslubda nəfis şəkildə çap edilib.

Nəşrin baş məsləhətçisi QMİ sədri Allahşükür Paşazadə, redaktorları Hacı Salman Musayev, Hacı Fuad Nurullah, Əhməd Niyazov və Siracəddin Hacıdır. Kitab nəşrə Abbas Qurbanov tərəfindən hazırlanıb.

“Kəşfül-Həqayiq an Nukətil-Ayəti vəd-Dəqayiq” (Ayələr və keyfiyyətlərinin incəlikləri haqqında həqiqətlərin kəşfi) adlanan əsər ilk dəfə 1904-cü ildə Hacı Zeynəlabdin Tağıyevin maddi vəsaiti ilə Tiflisdə “Kaspi” qəzetinin Buxariyyə mətbəəsində çap olunub. İlk dəfə Azərbaycan türkcəsində nəşr olunan təfsir İslam aləmində böyük əks-səda yaradıb və müəllifə böyük şöhrət qazandırıb. Kitabın təqdimat hissəsində müəllif Mirməhəmməd Kərim Bakuvinin şəxsiyyəti, dünyagörüşü və islami fikirlərini yüksək qiymətləndirən şeyxülislam Allahşükür Paşazadə əsərin tarixi və milli-mənəvi dəyərlər baxımından diqqətə layiq olması səbəbindən onun müasir əlifba ilə yenidən nəşr edilərək cəmiyyətə təqdim edilməsinin əhəmiyyətini vurğulayıb.

Kitabda Mirməhəmməd Kərim Bakuvinin həyatı, elmi və ictimai fəaliyyəti haqqında da məlumat verilib, müəllifin əsərin yazılması zamanı tətbiq etdiyi təfsir metodları, istifadə etdiyi hədis qaynaqları və əsərin digər klassik təfsirlərdən fərqli cəhətlərindən bəhs olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR