QMİ sədri: "Azərbaycanda saxta molla problemi var"

QMİ sədri: "Azərbaycanda saxta molla problemi var"
# 15 may 2018 09:52 (UTC +04:00)

“Azərbaycanda saxta molla problemi var. Yalançı mollaların fəaliyyət göstərdiyini görürük”.

APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə deyib.

O qeyd edib ki, QMİ-də qeydiyyata alınmayan, icazəsi olmayan insanlar molla paltarı geyinib fətva verirlər və bu, ciddi problemdir: “Faktiki olaraq bu, qanun pozuntusudur. Bizim tərəfimizdən təyin edilməyən insanların dini mərasimlər aparmasının qarşısı alınmalıdır və bu istiqamətdə iş gedir. Mən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən də xahiş edərdim ki, bu işdə bizə kömək etsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR