Deputat Qarabağda tələbə inşaat dəstələri yaradılmasını təklif edib - VİDEO

Aqil Abbas

© APA | Aqil Abbas

# 27 dekabr 2021 11:12 (UTC +04:00)

“Ağdamda bu gün böyük işlər görülür, şəhər bərpa olunur. Bu işlər bütün Qarabağda görülür”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.

Deputat tələbə inşaat dəstələri yaradılmasını təklif edib: “Azərbaycan gəncləri gedib Qarabağda işləməlidir. Bu, 10 minə qədər işçi qüvvəsi deməkdir. Azərbaycan gənci Qarabağda döyüşüb, qazi olub, şəhid olub. Bu gənclər indi də o tikinti işlərində iştirak edə bilərlər. Bütün tələbələr oraya könüllü gedib, o işlərdə iştirak edə bilər. Onlar pul da istəməyəcəklər. Qarabağda müharibəyə gedənlər pulla gedirdilər?”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR