Emin Hüseynov: “Xüsusi nümayəndəlik institutu yeni idarəetmə üçün bir sınaq imkanıdır”

Emin Hüseynov

© APA | Emin Hüseynov

# 24 dekabr 2021 10:19 (UTC +04:00)

“İqtisadi rayonların hər birinin özünün müqayisəli üstünlükləri və tarixi iqtisadi ənənələri var”.

APA-nın məlumatına görə, bunu bu gün Yeni Azərbaycan Partiyasının (YAP) təşkil etdiyi “Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə” mövzusunda elmi-praktik konfransda “İşğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdış Proqramı” mövzusunda çıxış edən Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

Prezidentin xüsusi nümayəndəsi qeyd edib ki, həyata keçirilən vacib islahatlardan biri yeni bir institutun yaradılmasıdır. Bu da Prezidentin xüsusi nümayəndəlikləri adlanır: “Azərbaycan Prezidentinin işğaldan azad edilmiş ərazilər üzrə xüsusi nümayəndəliklərinin təsis edilməsi ilə daha kompakt, müasir idarəetmə üsullarına əsaslanan yeni bir institutun yaradılması təmin olunub. Bu institut əslində daha çevik, müasir metodlarla bərpa və quruculuq proseslərinin həyata keçirilməsinə şərait yaratmalıdır. Bu, həm də gələcəkdə yerlərdə yeni idarəetmə institutunun yaradılması üçün bir sınaq imkanıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR