Partiya sədrləri Prezident İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edib

Partiya sədrləri Prezident İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edib
# 24 dekabr 2021 13:21 (UTC +04:00)

Azərbaycanda fəaliyyət göstərən partiyaların sədrləri Prezident İlham Əliyevə 60 illik yubileyi münasibətilə təbrik məktubları göndərməyə davam edirlər.

APA-nın məlumatına görə, təbrik məktublarında dövlət başçısının fəaliyyəti yüksək qiymətləndirilir, ölkənin inkişafı istiqamətində atdığı addımlarının, 44 günlük Vətən müharibəsində əldə olunmuş böyük Zəfərdə Ali baş Komandan kimi xidmətlərinin əvəzsiz olduğu vurğulanır.

Prezidentə təbrik məktubu ünvanlayanlar arasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə, Müstəqil Xalq Partiyasının sədri Əflan İbrahimov, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev, Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, Azərbaycan Kommunist Partiyasının nümayəndəsi Hacı Hacıyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Ümid Partiyasının sədri İqbal Ağazadə, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Professor Qabil Hüseynli, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Azərbaycan Təkamül Partiyasının sədri Teyyub Qənioğlu, Azərbaycan Milli Demokrat Partiyasının sədri Tufan Kərim, Ağ Partiyasının sədri Tural Abbaslı, Birlik Partiyasının sədri Xudadat Xudiyev, Milli Vəhdət Partiyasının sədri Yunuz Oğuz var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR