UEFA Kubokunun püşkü atılıb

UEFA Kubokunun püşkü atılıb
# 15 dekabr 2006 13:45 (UTC +04:00)
Bu gün Avropa Futbol Federasiyaları Assosiasiyasının (UEFA) İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında UEFA Kubokunun 1/16 final mərhələsinin püşkü atılıb. APA-nın qitə futbol qurumunun rəsmi internet səhifəsinə istinadən məlumatına görə, Türkiyəni bu turnirdə təmsil edən İstanbulun “Fənərbaxça” klubu Hollandiya təmsilçisi “Az Alkmaar”la qarşılaşacaq. Digər cütlüklər belədir:

“Zulte-Vareqem” (Belçika) “Nyukasl” (İngiltərə)
“Braqa” (Portuqaliya) “Parma” (İtaliya)
“Lans” (Fransa) “Panatinaikos” (Yunanıstan)
“Bayer” (Almaniya) “Blekbern” (İngiltərə)
“Hapoel” (İsrail) “Reyncers” (Şotlandiya)
“Livorno” (İtaliya) “Espanyol” (İspaniya)
“Feyenoord” (Hollandiya) “Tottenhem” (İngiltərə)
“Verder” (Almaniya) “Ayaks” (Hollandiya)
“Spartak” (Moskva, Rusiya) “Selta” (İspaniya)
ÇSKA (Rusiya) - “Makkabi” (İsrail)
AEK (Yunanıstan) “PSJ” (Fransa)
“Benfika” (Portuqaliya) “Dinamo” (Rumıniya)
“Styaua” (Rumıniya) “Sevilya” (İspaniya)
“Şaxtyor” (Ukrayna) “Nansi” (Fransa)
“Bordo” (Fransa) “Osasuna” (İspaniya)

İlk oyunlar gələn ilin fevralın 14-də və 15-də, cavab qarşılaşmaları fevralın 22-də keçiriləcək. Elə həmin gün 1/8 final mərhələsinin püşkü atılacaq. Bu mərhələdə ilk oyunlar martın 8-də, cavab qarşılaşmaları bir həftə sonra baş tutacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR