Totalizatora pul qoyuluşunda iştirak edən hakimlər Vüsal Əliyevlə Azad Hüseynova xəbərdarlıq edilib

Totalizatora pul qoyuluşunda iştirak edən hakimlər Vüsal Əliyevlə Azad Hüseynova xəbərdarlıq edilib
# 15 dekabr 2006 14:20 (UTC +04:00)
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Hakimlər Komitəsi (HK) totalizatora pul qoyuluşunda iştirak edən beynəlxalq dərəcəli hakim Vüsal Əliyevə və beynəlxalq dərəcəli laynsman Azad Hüseynova xəbərdarlıq edib. Bu haqda APA-ya HK-nin sədri Əli Hüseynov məlumat verib. Hakimlərin pul qoyuluşunda iştirak etdiklərinin təsdiqləndiyini söyləyən HK başçısı bildirib ki, V. Əliyevlə A. Hüseynovun əməlində heç bir cinayət tərkibi yoxdur: “Onlar idarə etdikləri Azərbaycan çempionatının oyunlarına “stavka” etməyiblər ki? Hamı kimi, onlar da digər ölkələrin çempionatlarında iştirak edən komandalara pul qoyublar. Burada hansısa cinayətdən söhbət gedə bilməz. Hər halda, mən onlara öz sözümü dedim. Əgər, onlar yaxşı hakim olmaq istəyirlərsə, bu yoldan çəkinməlidirlər. Hakimlər də, bundan sonra komandalara pul qoyuluşunda iştirak etməyəcəklərini bildirdilər”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR