Azərbaycan Kubokunun finalçıları müəyyənləşib

Azərbaycan Kubokunun finalçıları müəyyənləşib
# 23 aprel 2007 16:51 (UTC +04:00)
Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən “Neftçi” “MKT-Araz” görüşü ilə ölkə kubokunun ikinci finalçısının adı müəyyənləşib. “APA-Sport” agentliyinin məlumatına görə, “Neftçi” ilə 1:1 hesablı bərabərliyə qalan İmişlinin “MKT-Araz” klubu tarixində ilk dəfə ölkə kubokunun finalına çıxıb. İmişlidə keçirilmiş ilk oyunda 0:0 hesabı qeydə alındığından, finala rəqib meydanında qol vurduğu üçün “MKT-Araz” yüksəlib. “Neftçi” klubundan ilk hissədə Zaur Tağızadə, “MKT-Araz”dan isə fasilədən sonra penalti zərbəsindən Murad Ağakişiyev fərqlənib. Mayın 28-də keçiriləcək final qarşılaşmasında “MKT-Araz” “Xəzər-Lənkəran” klubu ilə görüşəcək. /APA-Sport/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR