Qurban Qurbanov: “Uduzmağı da bacarmaq lazımdır”

Qurban Qurbanov: “Uduzmağı da bacarmaq lazımdır”
# 24 aprel 2007 08:56 (UTC +04:00)
“Udmaqla yanaşı, uduzmağı da bacarmaq lazımdır”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “Neftçi” klubunun baş məşqçisi Qurban Qurbanov bildirib. Q.Qurbanov ölkə kubokunda uğursuzluqdan ruhdan düşmədiklərini bildirib: “Kubokun öz sərt qanunları var və biz bununla barışırıq. Hər iki oyun heç-heçə başa çatdı və kubokda rəqib meydanında vurulan qolun çəkisi böyük olduğundan, “MKT-Araz” finala çıxıb. Finaldan kənarda qaldığımız üçün üzülmürük. Əsas odur ki, komandamız sonadək mübarizə aparır. “MKT-Araz” ilə oyunlarda çoxluq qol vəziyyətləri yaratdıq. Sadəcə, qol vəziyyətlərinin reallaşdırılması hələ istənilən səviyyədə deyil”. Baş məşqçi bildirib ki, oyundan sonra klub rəhbərliyi ilə müzakirə aparılıb: “Mübarizəni dayandırmağımız ciddi problem sayılmadı. Kubok yarışı artıq bizim üçün bitdi. Bunu yaddan çıxarıb bütün diqqətimizi çempionatda qalan oyunlarımıza yönəldəcəyik. Artıq yalnız çempionata köklənməliyik. İnşallah, kubokda uğursuzluq çempionatda qarşıda çətin oyunlarımızda psixoloji baxımdan problem yaratmayacaq”. /APA-Sport/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR