Qurban Qurbanov: “Rid”lə “Neftçi”nin şansları bərabərdir”

““Rid” klubu UEFA kubokunun ilkin mərhələsində iştirak edəcək ən güclü komandalardan biridir. Amma püşkün nəticəsini bizim üçün uğursuz saymaq olmaz”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “Neftçi”nin baş məşqçisi Qurban Qurbanov deyib. Çalışdırıcı bildirib ki, rəhbərlik etdiyi komandanın UEFA kubokunun ilkin mərhələsində qarşılaşacağı Avstriyanın “Rid” klubu ilə şansları bərabərdir: “Cütün aşkar favoriti yoxdur”. Q. Qurbanov rəqib barədə yaxın günlərdə informasiya toplayacaqlarını söyləyib: ““Rid”in gücü haqqında indidən nə isə demək çətindir. Çünki komandanı yaxşı tanımırıq. Rəqibimizin yoldaşlıq matçlarını və çempionat oyunlarını izləyərək lazımi informasiyaları toplayacağıq”. Baş məşqçi “Rid”lə görüşdə adaptasiya problemi ilə üzləşməyəcəklərini də bildirib. Q. Qurbanov UEFA kubokunda ilk oyunun səfərdə keçiriləcəyinin dəqiqləşdiyini də qeyd edib: “Bu məsələni “MKT-Araz”la razılaşdırmışıq. İyulun 19-da biz səfərdə, “MKT-Araz” isə Bakıda oynayacaq. Hesab edirəm ki, ilk oyunu səfərdə keçirməyimiz bizə “Rid” önündə əlavə üstünlük qazandıracaq”. /APA-Sport/
Döyüş növləri

FHN-in karate komandasının idmançıları çempionatda uğur qazanıblar

FHN-in əməkdaşı dünya çempionatında bürünc medal qazanıb

Heydər Əliyevin 100 illiyinə həsr olunmuş çempionat keçirilib
