Mahmud Qurbanov: “Xəzər-Lənkəran”dan ayrılmaq istədiyim barədə məlumatlar əsassızdır”

“Xəzər-Lənkəran”dan ayrılmaq istədiyim barədə məlumatlar şayiədir, boş söhbətlərdir”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “Xəzər-Lənkəran” klubunun kapitanı Mahmud Qurbanov deyib. Yarımmüdafiəçi Lənkəran komandasını tərk edəcəyi ilə bağlı yayılan informasiyaların mənbəyinin qeyri-müəyyən olduğunu vurğulayıb: “Belə şayiələri kimin hansı məqsədlə yaydığını bilmirəm. Bəlkə məni reklam etmək istəyirlər? Ancaq mənim reklama ehtiyacım yoxdur”. M. Qurbanov hazırda Avstriyada təlim-məşq toplanışı keçən “Xəzər-Lənkəran”ın düşərgəsinə gələn həftə qoşulacağını deyib: “Viza problemi ucbatından Avstriyaya bir qədər gec yollanmalı oldum. Artıq problem həllini tapıb. Yəqin ki, gələn həftənin birinci günü Avstriyaya gedəcəyəm”.
Qeyd edək ki, M. Qurbanovun “Xəzər-Lənkəran”la müqaviləsinin müddəti 2009-cu ilin yayında başa çatacaq. /APA-Sport/
Qeyd edək ki, M. Qurbanovun “Xəzər-Lənkəran”la müqaviləsinin müddəti 2009-cu ilin yayında başa çatacaq. /APA-Sport/
Döyüş növləri

Heydər Əliyevin 100 illiyinə həsr olunmuş çempionat keçirilib

Azərbaycan boksçusu erməni rəqibini məğlub edərək Avropa çempionu olub

FHN əməkdaşı dünya çempionatında medal qazanıb
