Azərbaycan güləşçiləri ALROSA kubokuna qatılacaq

Azərbaycan güləşçiləri ALROSA kubokuna qatılacaq
# 27 noyabr 2019 11:34 (UTC +04:00)

Noyabrın 29-30-da Rusiyanın paytaxtı Moskvada sərbəst və yunan-Roma güləşi üzrə ALROSA kuboku keçiriləcək.

Apasport.az saytının məlumatına görə, ənənəvi yarışda ölkəmizi Azərbaycanı sərbəst güləşçilər təmsil edəcək.

Baş məşqçi əvəzi Zəlimxan Hüseynovun rəhbərliyi altında Georgi Edişeraşvili (57 kq), Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq), Cəbrayıl Həsənov (86 kq) və Şərif Şərifov (97 kq) turnirdə qüvvəsini sınayacaq.

Reqlamentə əsasən, noyabrın 29-da olimpiya çəkiləri üzrə fərdi mübarizə aparacaq. Ertəsi gün isə "Lujniki" İdman Kompleksində müxtəlif ölkələrin güləşçilərindən ibarət komanda ilə Rusiya yığması qarşılaşacaq.

Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Həbib Nurulu yarışda ədaləti qoruyacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR