Azərbaycan güləşçiləri Dağıstanda bir dəst medal qazanıb

Azərbaycan güləşçiləri Dağıstanda bir dəst medal qazanıb
# 01 dekabr 2019 22:14 (UTC +04:00)

Dağıstanın Xasavyurt şəhərində sərbəst güləş üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçirilib.

Apasport.az saytının məlumatına görə, məşqçi Namiq Quliyevin rəhbərliyi altında yarışa qatılan sərbəst Azərbaycan güləşçiləri bir dəst medal qazanıblar.

Bütün rəqiblərinə qalib gələn Ramik Heybətov (55 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Saqadulla Ağayev (92 kq) gümüş, Ayxan Mərdanov (110 kq) isə bürünc medalı boynundan asıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR